AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Anadolu agentliyi: Azərbaycan, Ermənistan və Rusiya liderləri mayın 25-də Moskvada görüşəcəklər

"Anadolu agentliyi" Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 25- Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə Moskvada görüşəcəklərinə dair məlumat yayıb. Mayın 25- Rusiyanın vasitəçiliyilə baş tutacaq görüşə Nikol Paşinyan da razılıq verib. Xəbərdə qeyd olunub ki, Şarl Mişelin vasitəçiliyilə Brüsseldə görüşən dövlət başçıları görüşün sonunda Azərbaycanın 86600 Ermənistanın 29800 kvadratkilometrlik ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər. Həmçinin tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqları qeyd olunur. Xəbərdə mayın 19-da Moskvada Azərbaycan Ermənistan xarici işlər nazirlərinin görüşdükləri bildirilir.

 

Europa Press: Azərbaycan İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən Brüssel görüşünü faydalı hesab edir

Azərbaycan hökuməti Prezident İlham Əliyev baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşü ikitərəfli gərginliyi aradan qaldırmaq sülh sazişinə doğru irəliləmək üçün faydalı proses adlandırıb. Bu barədə İspaniyanın xəbər saytı Europa Press məlumat yayıb.

Xəbərdə bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz saytında dərc olunmuş bəyanatında görüşü iki ölkə arasında normallaşma prosesinin irəlilədilməsi baxımından nəticəyönümlü hesab etdiyini qeyd edib.

"İlk növbədə, müxtəlif müdaxilə şərtləndirmə cəhdlərinə görə doqquz aya yaxın fasilə verilən Brüssel formatında görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir", - deyə bəyanatda qeyd olunub.

 

"MENAFN": Azərbaycan AYİB əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər

"MENAFN" xəbər saytı Avropa Yenidənqurma İnkişaf Bankının Səmərqənddə keçirilən Rəhbərlər Şurasının 32-ci illik toplantısı barədə məlumat yayımlayıb. Məlumatda Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin bankın Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşniklə görüşdüyü qeyd olunub. Azərbaycanın bankla əməkdaşlığının uğurla davam etdiyi öz əksini tapıb. Bundan başqa, xəbərdə ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri yer alıb. Qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində ikitərəfli tərəfdaşlıq potensialının mövcudluğu da vurğulanıb. Görüş zamanı tərəflərin əməkdaşlığın genişləndirilməsi, həmçinin Bankın ölkəmizdə həyata keçirdiyi dövlət-özəl sektor tərəfdaşlığı infrastruktur layihələrində iştirakı barədə müzakirələr xəbərdə əks olunub.

 

TASS: Azərbaycan Rusiya arasındakı ticarət dövriyyəsi yanvar-aprel aylarında 55,3 faiz artıb

Rusiyanın xəbər agentliyi "TASS" 2023- ilin yanvar-aprel aylarında Azərbaycan Rusiya arasında ticarət dövriyyəsinin 1,39 milyard dollara çatması ilə bağlı məlumat yayımlayıb. 2023- ilin sözügedən aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji göstəricisindən 55,3 faiz çoxdur. Azərbaycanın Rusiyaya ixracı 349,48 milyon dollar (keçən illə müqayisədə 75,7 faiz çox), idxalı isə 1,04 milyard dollar (keçən ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz çox) təşkil edib. Bununla yanaşı, qeyd edilib ki, yanvar-aprel aylarında Rusiya Azərbaycanın kommersiya tərəfdaşları arasında İtaliya Türkiyədən sonra üçüncü yeri tutub.

 

"Kuwait Times": Azərbaycan səfiri "Kuwait Times" "Kuwait News"un ofislərində olub

Azərbaycan Respublikasının Küveytdəki səfiri Emil Kərimov "Kuwait Times" "Kuwait News" qəzetlərinin ofislərində olub.

Bu barədə Küveytin yerli "Kuwait Times" saytı məlumat yayıb. Məqalədə qeyd olunub ki, səfir İctimaiyyətlə Əlaqələr KSM (korporativ sosial məsuliyyət) meneceri Jana Al-Naqeeb, idarəedici redaktor Mustafa Qamhiya baş redaktorun müavini Faten Omar ilə görüşüb. Görüşdə səfir Emil Kərimov ötən il Azərbaycana 22 min küveytlinin səfər etdiyini iki ölkə arasında "Küveyt Hava Yolları", "Cəzirə Hava Yolla" "Azərbaycan Hava Yolları" vasitəsilə birbaşa reyslərin həyata keçirildiyini bildirib. Həmçinin, qarşılıqlı maraq doğuran müxtəlif mövzular, o cümlədən iqtisadiyyat, turizm, səhiyyə, təhsil digər məsələlər müzakirə olunub. "Kuwait Times" "Kuwait News" əməkdaşları səfirə redaksiyanın müxtəlif departamentlərini - xəbər otağı, mətbəə, studiyanı göstəriblər.

 

"Anadolu": Prezident Rəcəb Tayyib Ərdoğan Qabar dağındakı neftdən danışıb

Haliç Konqres Mərkəzində keçirilən İstanbul Nəqliyyat Sənayesi Yığıncağında açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qabar dağındakı neftdən xalqın faydalanacağını bildirib.

Bu barədə Türkiyənin "Anadolu" qəzeti məlumat yayıb. Xəbərdə qeyd olunub ki, Türkiyə lideri xalqa yeni müjdəni verib. Ərdoğan bildirib ki, Qara dəniz qazı 1 ay müddətində ödənişsiz şəkildə xalqa çatdırılıb. İndi isə növbədə Türkiyənin Şırnak vilayətində yerləşən Qabar dağından çıxarılan təbii sərvətin paylanmasıdır. Türkiyənin dövlət başçısı onu da qeyd edib ki, Qabar nefti çıxarılan andan etibarən xalqın istifadəsinə veriləcək.

"Respublika".