Neftçilərə yeni mənzillər təqdim edilib
Gündəm

Neftçilərə yeni mənzillər təqdim edilib

Ölkənin iqtisadi qüdrətinin artırılmasına töhfə verən neftçilərin rifahının yüksəldilməsi dövlətin sosial siyasətində mühüm yer tutur.

“Respublika” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“SOCAR-ın prezidenti, həmkarım Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri ilə birlikdə "Neftçi" mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində görülən işlərlə tanış olduq və yeni mənzil sahiblərinə çıxarışları təqdim etdik. Neftçi ailələrinin hər birinin sevincinə şərik olur, onlara bu mənzillərdə firavan həyat və xoş günlər diləyirik”,- deyə nazir qeyd edib.