Milli Məclisin növbəti iclasında
Siyasət

Milli Məclisin növbəti iclasında

İyunun 13- Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyada daha bir iclası keçirilib.

Əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Bəzi deputatlar gündəmdə olan bəzi mövzular barədə fikirlərini açıqlayıblar.

Çıxışlarda qarşıdan gələn 15 iyun tarixinin əlamətdar hadisələrə təsadüf etdiyi qeyd olunub. Həmin tarixdə xalqımızın Qurtuluş Gününün 30 illiyini Şuşa Bəyannaməsinin imzalanmasının 2 illiyini qürur hissi ilə qeyd edəcəyi bildirilib.

Müzakirələrdə iyunun 12- Milli Məclisdə keçirilmiş "Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi mədəni irsinin dirçəlişi" mövzusunda ictimai dinləmənin əhəmiyyətindən söhbət açılıb. Bildirilib ki, bu tədbir Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının addım-addım həyata keçirildiyini göstərir.

Sonra Sahibə Qafarova bugünkü iclasda 14 məsələnin müzakirəyə çıxarıldığını bildirib. Vurğulanıb ki, gündəliyin ilk 3 məsələsi bu ilin dövlət büdcəsində büdcə zərfinə daxil olan digər iki sənəddə dəyişiklik edilməsi barədə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş, ikinci oxunuşda olan qanun layihələridir.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2023- il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Sonra Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət sosial müdafiə fondunun 2023- il büdcəsi haqqında" "İşsizlikdən sığorta fondunun 2023- il büdcəsi haqqında" qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, qanun layihələri barədə fikirləri açıqlayıb, qaldırılan məsələlərə münasibət bildirib.

Müzakirələrin yekununda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti məsələsinin üçüncü oxunuşda təqdim edilən "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin olduğunu söyləyib.

Komitə sədri Tahir Mirkişili qanun layihəsini təqdim edərək, sənəd barədə birinci ikinci oxunuşda ətraflı məlumat verildiyini, müzakirələr zamanı qaldırılan məsələlərin geniş şərh edildiyini söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova növbəti məsələnin "Qara Dəniz Ticarət İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu"nun təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin qalan 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib. O, növbəti 4 məsələnin - "İstehsalat məişət tullantıları haqqında" Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Sonra təqdim edilən 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin sonuncu məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Mustafa KAMAL,

Respublika”.