Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitdən
Məktublar

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Thonqlun Sisulit

Laos Xalq Demokratik Respublikasının Prezidenti