Arpa sahələrinin üçdəbir hissəsində biçin yekunlaşıb
İQTİSADİYYAT

Arpa sahələrinin üçdəbir hissəsində biçin yekunlaşıb

Respublikanın bölgələrində taxıl biçini davam edir. İndiyədək sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb. Arpa sahələrinin təxminən 33 faizində biçin başa çatıb, buğda sahələrində isə biçinə yeni start verilib. Arpa üzrə orta məhsuldarlıq 28,3 sentner təşkil edir.

Biçin prosesinin ilk başladığı rayonlardan olan Sabirabadda payızlıq əkinlər dövründə 25975 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 13313 hektarı buğda, 12662 hektarı arpa sahələridir. Bu günədək Sabirabadda 7222 hektar sahədə biçin aparılıb, sahələrdən 28205 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq hər hektardan 39,1 sentner təşkil edir. Sabirabad üzrə arpa sahələrinin 60 faizində biçin yekunlaşıb. Biçinin vaxtında itkisiz başa çatdırılması üçün "Aqroservis" ASC tərəfindən Sabirabada digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, hazırda respublikanın 42 rayonunda biçin davam edir. Bu günə qədər 130960 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 13,2 faizində biçin başa çatıb.

N.CAVADOV,

"Respublika".