Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb
İqtisadiyyat

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Ötən ay Bakının daşınmaz əmlak bazarının mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə müvafiq olaraq ortalama 1,34 faiz artıb.

Bu barədə "Respublika"ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 faiz çoxdur.

O bildirib ki, paytaxtın təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 1,54 faiz, il ərzində 12,3 faiz artım, köhnə tikililərdə isə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 1,27 faiz, il ərzində 9 faiz artım qeydə alınıb: “Bazarda təklif portfelinin həcmi ay ərzində 2,4 faiz, il ərzində 17,8 faiz yüksəlib. İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ötən ayla müqayisədə 1,2 faiz, il ərzində 17,3 faiz artım müşahidə edilib. Elə rayonlar var ki, mənzillərin qiyməti orta həddin üstündə artıma məruz qalıb. Məsələn, Nərimanov və Xətai rayonlarına 20 faiz - 25 faizə kimi artım qeydə alınıb. Bazarda təklif sayı ay ərzində 0,9 faiz, il ərzində isə 24,1 faiz artıb”.

V.Oruc deyib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 1,5 faiz azalma, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 10,6 faiz artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 2,9 faiz, il ərzində isə 21,8 faiz artıb.