Səyyar qəbul keçirilib
Sosial həyat

Səyyar qəbul keçirilib

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi ərazisində abadlaşdırılmış növbəti məhəllədə səyyar qəbul keçirmişdir. Qəbulda Asif Məhərrəmov,  Alı Mustafayev, Hüseynbala Əliyev, Cavadxan küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.

21 iyun Nəsimi RİH-nin məlumatında bildirilir ki, sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşdırılması, kanalizasiya xəttinin təmiri, uşaq əyləncə avadanlıqlarının yenilənməsi, söhbətgahın işıqlandırılması, istilik xəttinin, şəhid ailəsinə məxsus qeyri-yaşayış  obyektinin təmiri,  asfalt örtüyünün təmiri barədə müraciətlər etdilər.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda, aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

“Respublika”.