Yevlaxda məzunlarla görüş keçirilib
Sosial həyat

Yevlaxda məzunlarla görüş keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, ŞİH-nin başçısının birinci müavini Xaliq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasova yüksək bal toplayaraq ali məktəbə qəbul olan məzunlarla,  məzunların ailə üzvləri və təhsil işçiləri ilə görüş keçiriblər.

“Respublika” xəbər verir ki, görüş iştirakçıları, ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin müqəddəs ruhuna öz dərin ehtiramlarını bildirmişlər. Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev məzunları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Şəhər rəhbəri, ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan əhatəli danışıb və bu sahənin Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Birinci Vitse-prezident, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən tikilən və əsaslı təmir edilən təhsil ocaqlarının təhsilimizin inkişafına verdiyi töhfədən söhbət açıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova çıxışlarında rayon təhsilinin uğurlarından danışaraq, məzunları təbrik ediblər. Yüksək bal toplamış məzun Nilgün Arifli və valideyn Səbuhi İsmayılov çıxışlarında təhsilin inkişafına yaradılan şəraitə görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.