Magistraturaya  elektron sənəd qəbulunun vaxtı sabah başa çatacaq
Elm və təhsil

Magistraturaya elektron sənəd qəbulunun vaxtı sabah başa çatacaq

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu 3 avqust 2023-cü il saat 18:00-dək davam edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən “Respublika”ya məlumat verilib.

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.