Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxsi AÇIQ TENDERƏ DƏVƏT EDIR
Reklam və elanlar

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxsi AÇIQ TENDERƏ DƏVƏT EDIR

Satınalma predmeti: Gəncə Memorial Kompleksinin tikintisi işləri

İştirak haqqı: 1500 manat.

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 28.08.2023-cü il saat 16:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.09.2023-cü il saat 16:00

Zərflərin açılış tarixi və vaxtı: 06.09.2023-cü il saat 16:00

Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı ş., Səbail r., İstiqlaliyyət küç. 18.

Əlaqələndirici şəxs və onun əlaqə nömrəsi: Asim Yaqubov +99412 492-31-89 (daxili 814)

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı hesaba 1500 manat məbləğində iştirak haqqını ödəməklə ödəniş sənədi və tenderdə iştirak üçün ərizə təqdim etməklə tenderin əsas şərtlər toplusunu satınalan təşkilatdan əldə edə bilər.

VÖEN: 1702590101

Hesab № AZ69AIIB38060019440428793102

Bankın adı: "Kapital Bank" ASC-nin "Mərkəz" filialı

Kodu: 200026

VÖEN: 9900003611

Müxbir hesab № AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. AIIBAZ2X

Təsnifat Kodu: 142330

Səviyyə kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün 28.08.2023-cü il saat 16:00-dək aşağıdakı sənədlərin satınalan təşkilata təqdim edilməsi tələb olunur:

lTenderdə iştirak üçün ərizə;

lTenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

lİştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

lİştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanı tərəfindən verilmiş arayış;

lİştirakçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması barədə arayış;

lSatınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

lİştirakçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

lİştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

lİştirakçının hansı sahibkarlıq subyekti kateqoriyasına aid olması barədə arayış;

lTenderin əsas şərtlər toplusunda tələb olunan digər sənədlər.

Malgöndərənin (podratçının) ixtisas uyğunluğunun yoxlanılması üçün aşağıdakı meyarlar üzrə əsas şərtlər toplusunda tələb olunan sənədlər:

lAnaloji sahədə təcrübəsinin və peşəkarlığının olması: a) Son 10 ildə əvvəlindən tam hazır vəziyyətə gətirilənədək (Turn-key) azı 1 analoji layihə icra etmiş olmalı. (Burada azı 1 analoji layihə dedikdə: azı 1 müasir və unikal (birtipli olmayan, standart tikililərdən fərqlənən) memarlıq obyektinin tikintisi; bu tenderin predmeti olan obyektin layihəsi (memorial, yaxud mədəni və ya ictimai obyekt), xüsusiyyətləri ilə oxşar, həcmi ilə yaxın və ya daha iri olan azı 1 obyektin tikintisi ; azı 1 hidroizolyasiya, dəmir-beton işləri, alüminium profilli şüşəli fasadların, istilik və soyutma sistemlərinin quraşdırması, yanğından mühafizə sistemlərinin quraşdırılması, mühəndis kommunikasiya işləri, bərpa, konservasiya və abadlıq işlərinin icra edilməsində təcrübəsinin olması nəzərdə tutulur). b) Tamamlanmış 1 analoji layihənin dəyəri azı 5 milyon manat olmalıdır.

lBu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması (son bir maliyyə ili üzrə illik gəliri 15 milyon manat və ya bank hesabında vəsaiti yaxud ilkin kredit razılığı sənədi üzrə vəd edilən kredit məbləği azı 2 milyon manat olmalıdır);

lBu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün texniki imkanlarının olması (təsdiqedici sənədlər təqdim edilməlidir);

lBu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün işçi qüvvəsinin olması (Əsas işçi heyətin - Layihə rəhbəri, baş memar, konstruktor, baş mühəndis, istilik və soyutma sistemi, elektrik və santexnika üzrə mütəxəssislər (MEP) və əməyin mühafizəsi üzrə mütəxəssislərin təklif olunan vəzifə üzrə azı 3 il iş təcrübəsinin olması tələb olunur.);

lAnaloji sahədə idarəetmə səriştəsinin və etibarlılığının olması;

lMüvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya malik olması;

Tenderdə iddiaçı kimi qeydə alınan malgöndərənlər (podratçılar) 05.09.2023-cü il saat 16:00-dək öz tender təkliflərini satınalan təşkilatın ünvanında təqdim etməlidirlər. Tender təklifi texniki və maliyyə təklifindən və tender təklifinin təminatından ibarətdir.

Tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 60 bank günü təşkil etməlidir.

Tender təklifinin təminatı tender təklifinin qiymətinin 1%-i həcmində bank qarantiyası formasında olmalı və onun qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalı (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli) və möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.