Hava əməliyyatı zamanı çox sayda terrorçu zərərsizləşdirildi
Digər xəbərlər

Hava əməliyyatı zamanı çox sayda terrorçu zərərsizləşdirildi

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Kandil və Asos rayonlarında hava əməliyyatı zamanı 16 mağaranın, 4 sığınacağın, 2 təchizat anbarının məhv edildiyini və çox sayda terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” nazirliyə istinadən məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Birləşmiş Millətlər Təşkilatının müqaviləsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarına uyğun olaraq, PKK, KCK-PYD, YPG və digər terror elementlərini zərərsizləşdirərək Türk xalqına və İraqın şimalından gələn təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının qarşısını almaq, sərhəd təhlükəsizliyini təmin etmək və terroru mənşəyində, İraqın şimalındakı Kandil və Asos əyalətlərində məhv etmək və türk əhalisinə və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının qarşısını almaq üçün saat 00:30-da terrorçuların baza kimi istifadə etdiyi ərazilər üzrə hava əməliyyatı aparılıb.

Əməliyyat zamanı terrorçuların istifadə etdiyi 16 mağara, 4 bunker, 2 təchizat anbarı məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib ki, bu da regionda terror təşkilatının mövcudluğuna ciddi zərbə vurub.

Açıqlamada bildirilib ki, əməliyyatdan əvvəl hədəflərin diqqətlə seçilib. Əməliyyatın planlaşdırılması və həyata keçirilməsində mülki əhalinin həyat və əmlakının təhlükəsizliyinə, tarixi, dini, mədəni sərvətlərin və ətraf mühitin qorunmasına xüsusi diqqət və həssaslığın verildiyi qeyd edilib.

Türkiyə Müdafiə Nazirliyi yaydığı bəyanatda onu da qeyd edib ki, nəcib millətimizin qoynundan çıxan Türkiyə Silahlı Qüvvələri, son terrorçu zərərsizləşdirilənə qədər ölkəmizin və millətimizin təhlükəsizliyini təhdid edən terror elementlərini aşkar edilənə qədər məhv etmək əzmi ilə davam edəcəkdir.

Musa BAĞIRLI,

“Respublika”.