ELAN
Reklam və elanlar

ELAN

QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Azərbaycan Respublikasında həyata keçirdiyi proqramlar çərçivəsində Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosu "Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi" layihəsi çərçivəsində Zərərin Azaldılması layihələrinin icraçıları üçün bilik-bacarıqların artırılaması üzrə Təlimin təşkili üzrə Təlimçilər axtarır

Təlimçilərə dair tələb

a.Ali təhsil

- Tibb, İctimai Səhiyyə, Sosial Elmlər, İdarəetmə, Logistika və ya daha yaxın əlaqəli sahələr üzrə təhsil, yüksək dərəcə (magistr və ya fəlsəfə doktoru).

- İİV və QİÇS sahəsində, Monitorinq və Qiymətləndirmə Tədqiqatları üzrə tanınmış beynəlxalq agentliklər tərəfindən verilmiş Sertifikatlar/Diplomları olanlara üstünlük verilir.

b.Təcrübə

  • Həssas qruplar arasında zərərin azaldılması və İİV-in qarşısının alınması üzrə fəaliyyətlər üzrə beynəlxalq səviyyədə minimum 5 illik peşəkar təcrübə; QHT-lər, vətəndaş cəmiyyəti sektoru və Qlobal Fondun layihələri ilə iş təcrübəsinə üstünlük verilir.
  • Təlimlər və təqdimatlar üzrə təcrübə; autriç işçilər üçün təlimlərin keçirilməsi
  • Azərbaycan dilini səlist bilmək
  • Ünsiyyət qurmaq bacarıqları
  • Uyğun təlim materiallarının hazırlanması
  • Təlim hesabatını hazırlamaq bacarığı

Bu elanla maraqlanan iddiaçılar öz təkliflərini aşağıdakı formatda [email protected] elektron ünvanına təqdim etməlidirlər:

1. Maraq məktubu

2. Ətraflı texniki təklif

3. Qiymət təklifi

4. Referens şəxslər

Təlimin təşkili üzrə Təlimçilər barədə ətraflı məlumata gfatm.az və sehiyye.gov.az internet saytlarında baxa bilərsiniz.

Son tarix: 30 oktyabr 2023-cü il

Əlaqə telefonu: +99412 4982032