ELAN
Reklam və elanlar

ELAN

"İstilikenerjitikintiquraşdırma" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 32 olan "İstilikenerjitikintiquraşdırma" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 1 fevral 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 ünvanda yerləşən inzibati binada keçiriləcəkdir.

Səhmdarların ümumi yığıncağının gündəliyi aşağıdakılardır:

1. Bir qrup səhmdarların "İstilikenerjitikintiquraşdırma" ASC-dən ayrılması barədə və yeni hüquqi şəxslərin yaradılması

2. "İstilikenerjitikintiquraşdırma" ASC-nin nizamnamə kapitalının azaldılması və yeni nizamnamənin təsdiq edilməsi

3. İcra orqanlarının formalaşdırılması

4. Yeni yaranmış MMC-lərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq edilməsi;

5. Dəyişiklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.

"İstilikenerjitikintiquraşdırma" ASC səhmdarlarının ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq və əldə etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 ünvana (telefon: 0703962528) müraciət etmək olar.

"İstilikenerjitikintiquraşdırma" ASC-nin İdarə Heyətinin Sədri Niftiyev Ramazan Ələkbər oğlu