“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333; 2021, № 12, maddə 1310; 2022, № 12, maddə 1395; 2023, № 1, maddə 41; Azərbaycan Respublikasının 2023-cü il 6 oktyabr tarixli 1002-VIQD nömrəli Qanunu) 3.4.11-ci və 3.4.12-ci maddələrinə “çərçivəsində” sözündən sonra “(bir nəzarət-kassa aparatının çeki üzrə)” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 dekabr 2023-cü il.