Şəhid ailəsi ziyarət olunub
Region

Şəhid ailəsi ziyarət olunub

Tərtər

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Habil oğlunun atası Məhərrəmov Habil Nəsib oğlunu 60 illik yubileyi münasibətilə ziyarət edib. Şəhid atasını təbrik edən rayon rəhbəri ona uzun ömür, cansağlığı arzulayıb, ailənin qayğıları ilə maraqlanıb.

İcra başçısı şəhidin valideynlərinə Fuad kimi oğul böyütdükləri üçün təşəkkür edib, torpaqlarımızın belə oğullar sayəsində işğaldan azad olunduğunu bildirib.

Qeyd edək ki, Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu Fuad Məhərrəmli Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 12-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

V.VƏLİYEV,

"Respublika".