FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib
Gündəm

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Respublika"-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib, bir nəfərin meyiti təhvil verilib.