XXI əsrin bombardirləri: Bir təqvim ilində 40 və daha çox qol vuranlar
İdman

XXI əsrin bombardirləri: Bir təqvim ilində 40 və daha çox qol vuranlar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə bir təqvim ilində 40 və daha çox qol vuran futbolçuların reytinqini yeniləyib.

"Respublika" xəbər verir ki, 28 oyunçunun yer aldığı siyahının ilk iki pilləsində dünya futbolunun iki önəmli siması - Lionel Messi və Kriştianu Ronaldu qərarlaşıblar. Onların hərəsi 12 dəfə bu cür uğura imza atıb.

İlk “üçlüy”ü isə polşalı Robert Levandovski tamamlayıb.

XXI əsrdə bir təqvim ilində 40 və daha çox qol vuran oyunçular:

1. Lionel Messi (Argentina) – 12

2. Kriştianu Ronaldu (Portuqaliya) – 12

3. Robert Levandovski (Polşa) – 8

4. Kilian Mbappe (Fransa) – 4

5. Zlatan İbrahimoviç (İsveç) – 4

6-7. Luis Suares (Uruqvay) – 4

Edinson Kavani (Uruqvay) – 4

8. Harri Keyn (Almaniya) - 3

9-10. Neymar (Braziliya) - 3

Ali Aşfaq (Maldiv) - 3