Azərbaycanın voleybol yığmaları Qızıl Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar
İdman

Azərbaycanın voleybol yığmaları Qızıl Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Bu gün kişi və qadın voleybolçulardan ibarət Azərbaycan yığmaları Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

"Respublika" xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadın millisi ikinci turda Rumıniyada İsveçlə üz-üzə gələcək. Görüş Bakı vaxt ilə saat 17:30-da start götürəcək.

Yığma daha əvvəl Xorvatiyanı (3:0) məğlub edib, Slovakiya (1:3) və "Rumıniya (0:3) seçmələrinə isə uduzub.

Kişi voleybolçuların yığması isə Belçikada Şimali Makedoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxt ilə saat 19:30-da başlayacaq.

Fərid Cəlalovun başçılıq etdiyi komanda bundan əvvəl keçirdiyi oyunlarda Rumıniya, Ukrayna və Belçika yığmalarına eyni hesabla məğlub olub - 0:3.

Bu nəticədən sonra qadın yığması 3 xalla 9-cu, aktivində xalı olmayan kişilərdən ibarət kollektiv isə 12-ci pillədə qərarlaşıb.