Lionel Messi komandadan ayrılması haqqında iddialara cavab verib
İdman

Lionel Messi komandadan ayrılması haqqında iddialara cavab verib

Argentinalı ulduz klubdan ayrılacağı xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.

"Respublika" "En Son Haber"ə istinadən xəbər verir ki, Lionel Messi açıqlamasına qeyd edib ki: "Mövsümöncəsi məşq etmək, sıfırdan başlamaq və həmişə olduğu kimi, ən yaxşı şəkildə hazırlaşmaq üçün yanvarda Mayamiyə qayıdacağam".

Qeyd edək ki, PSJ-dən sonra "İnter Mayami"yə transfer olunan Messi MLS komandasında 13 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.