2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Böyük Quruluş Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- Elmir Əlqulu oğlu Quliyev;

- Yaşar Aydın oğlu İbrahimov;

- Şəmsəddin Binyət oğlu Xudaverdiyev;

- Əjdər Sultan oğlu Əhmədov;

- Oqtay Yusif oğlu Qasımov;

- Könül Fəhrad qızı Quliyeva;

- Süleyman Əmirxan oğlu Hümbətov;

- Sübhan Əliağa oğlu Əliyev;

- Sevinc Səyavuş qızı Ağajanova;

- Tural Nazim oğlu Mustafayev;

- Elçin Nazim oğlu Ağasiyev;

- Murad Nadir oğlu Əliyev;

- Faiq Bəşir oğlu Məmmədli;

- Nazim Əli oğlu Qədirov;

- Asif Sudeyf oğlu Əliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov