29,6 milyard manatlıq  sənaye məhsulu 
İQTİSADİYYAT

29,6 milyard manatlıq  sənaye məhsulu 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-may aylarında 29,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı qeyri neft-qaz sektorunda 7,4 faiz artmışdır.

Sənaye məhsulunun 70,4 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Əmtəəlik qaz hasilatı  2,9 faiz artmışdır.

                                                                                                  “Respublika”.