“Abad həyət” sakinlərin istifadəsinə verilib.
Sosial həyat

“Abad həyət” sakinlərin istifadəsinə verilib.

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

9 iyun Nəsimi RİH 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 700-dən artıq sakinin yaşadığı 3-cü mkr., Cavadxan küçəsi 28, 32 saylı, hər biri 4 girişli, 5 mərtəbəli binaların yerləşdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq binaların fasadları əsaslı təmir edilib, dam örtükləri təmir olunub, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. 500-dək ağac və müxtəlif növ gül kolları əkilib. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunubRayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

“Respublika”.