Afrika İttifaqı G20-yə daimi üzv qəbul olunub
Siyasət

Afrika İttifaqı G20-yə daimi üzv qəbul olunub

Yeni Dehli sammitində Afrika İttifaqı G20-yə daimi üzv qəbul olunub.

"Respublika" xəbər verir ki, bu barədə qərar G20-nin Hindistanda keçirilən sammitində qəbul olunub.

Modi sammitdəki açılış nitqində Afrika İttifaqının sədri Azali Assoumanini təşkilatın təmsilçisi kimi daimi üzv olaraq G20 liderlərinin masasında oturmağa dəvət edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” hesabında bundan məmnunluğunu ifadə edib.

Qeyd edək ki, G20-yə daha əvvəl 19 ölkə və Avropa İttifaqı daxil idi, üzvlər qlobal ÜDM-in təxminən 85 faizini, qlobal ticarətin 75 faizdən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edirdi.

Xatırladaq ki, G20 sammiti sentyabrın 9-dan 10-dək davam edəcək. Sammitdə bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir. Həmçinin Afrika İttifaqının G20-nin daimi üzvü olması nəzərdə tutulur.