Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb
CƏMİYYƏT

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan "Respublika"ya verilən məlumata görə, mayın 5-də işğaldan azad olunmuş rayonun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkarlanması faktı üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.