Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Məlumat

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib.

"Respublika" xəbər verir ki, Mehriban xanım Əliyeva bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda bildirilir: “Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!”.