AKOM-dan İstanbula xəbərdarlıq
Region

AKOM-dan İstanbula xəbərdarlıq

Türkiyənin İstanbul şəhəri üçün fırtına xəbərdarlığı edilib.

"Respublika" xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) tərəfindən açıqlama verilib.

Açıqlamada axşam saatlarından başlayaraq İstanbulda yağış yağacağı, fırtına olacağı bildirilib. İstanbullulara hazırlıqlı və ehtiyatlı olmaları tövsiyə edilib.

Küləyin cənub-qərb istiqamətindən güclənəcəyi, qısa fasilələrlə güclü fırtınaya (saatda 60-90 kilometr/saat) keçəcəyi və şiddətli yağışla müşayiət olunacağı proqnozlaşdırılıb.
Həmçinin, Aydın, Muğla, Bilecik, Bolu, Bursa, Çanaqqala, Edirne, İstanbul, Kastamonu, Kırklareli, Kocaeli, Kütahya, Sakarya, Sinop, Tekirdağ, Zonguldak, Bartın, Yalova, Düzce, Karabük, Balıkesir, İzmir və Manisa kimi bir çox şəhərlər üçün sarı təhlükə dərəcəli külək və güclü yağış xəbərdarlığı edilib.

Nəzrin ELDARQIZI,

"Respublika".