Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
Məlumat

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Sentyabrın 5-dən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Bu barədə "Respublika"-ya Elm və Təhsil nazirliyindən məlumat verilib. Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sistemi üzərindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 14-də saat 18:00-da başa çatacaq.