5 may

Azərbaycanda olan hadisələr

1960 – Bakı funikulyoru istifadəyə verilib.

1970 – Bakıda Ulduz metrostansiyasının açılışı olub.

1994 – Qarabağ müharibəsində atəşkəs niyyəti ilə aparılan danışıqlar nəticəsində Bişkek protokolu imzalanıb.

1999 – "Bizim Əsr" qəzeti ilk sayı nəşr olunub.

2015 – Bakıda İnturist otelinin açılışı olub.

2017 – "Qarabağ" Azərbaycan Kubokunu qazanıb.

2019 – "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olub.

2021 – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998) Fikrət Qoca 86 yaşında vəfat edib (d. 1935).


Dünyada olan hadisələr

1260 – Xubilay Xan Monqol İmperiyasının Böyük Xanı olub.

1494 – Kristofer Kolumb Yamaykaya çatıb.

1751 – Portuqaliyanın Xarici İşlər Naziri Sebastián Pombal, hökumətin təsdiqi olmadan bir fərman verərək Portuqaliyada inkvizisiya hakimiyyətini məhdudlaşdırıb.

1762 – Rusiya və Prussiya arasında separat Peterburq Sülh Müqaviləsi imzalanıb.

1788 – İspan səyyahı Martinez (Estebàn José Martinez) Vankuver adasını (indiki Kanadada) İspaniyanın mülkiyyəti elan edib.

1789 – Kral XVI Lüdovik 1614-cü ildən bəri ilk dəfə Fransada ali silki nümayəndələr orqanı olan Baş Ştatları çağırıb. Görüşlər zamanı güzəştə gedə bilməmək Fransa İnqilabının başlanmasına təkan verib.

1809 – İsveçrənin Aarqau kantonu yəhudiləri vətəndaşlıq hüquqlarından məhrum edib.

1821 – Müqəddəs Yelena adasında I Napoleon vəfat edib.

1836 – Belçikada kontinental Avropada ilk dəmir yolu istifadəyə verilib (Mechelen və Brüssel şəhərlərini arasında).

1862 – Fransızların Meksikaya müdaxiləsi zamanı Puebla döyüşü baş verib və bu döyüşdə Şarl de Laurensierin komandanlığı altında olan fransız qoşunları İqnasio Saraqosanın komandanlığı altında Meksika ordusu tərəfindən məğlub edilib. Bu hadisənin şərəfinə Meksika və ABŞ-da hər il 5 may (Meksika bayramı) qeyd olunur.

1865 – ABŞ-da ilk qatar qarəti Cincinnati (Ohayo) yaxınlığında baş verib.

1873 – Danimarka və İsveç arasında Skandinaviya Valyuta İttifaqı bağlanıb.

1912 – “Pravda” qəzetinin ilk nömrəsi işıq üzü görüb.

1916 – Amerika dəniz piyadaları Dominikan Respublikasını işğal edib.

1919 – Parisdə “Qırmızı Xaç Cəmiyyətləri Liqası”nın (1991-ci ilin noyabrından – “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası”) yaradılması haqqında akt imzalanıb.

1921 – Məşhur Parisli modelyer Coco Chanel, dünyanın ən məşhur ətirlərindən biri, Chanel No. 5-i təqdim edib.

1925 – Prezident Mustafa Kamala sui-qəsd cəhdinə görə ölüm cəzasına məhkum edilən Manok Manukyan edam edilib.

1925 – Amerikanın Dayton şəhərində (Tennessi) Çarlz Darvinin ştat qanunları ilə qadağan edilmiş təkamül nəzəriyyəsini öyrətməyə cəsarət edən 24 yaşlı məktəb müəllimi Con Skops həbs olunub. İki ay sonra başlayan məhkəmə prosesi “Meymun” adı ilə dünyanın diqqətini çəkib.

1929 – ANT-9 tam metal üç mühərrikli sərnişin təyyarəsinin ilk uçuşu baş tutub.

1936 – Pietro Badoglionun komandanlığı altında italyan qoşunları tərəfindən Efiopiyanın paytaxtı işğal edilib.

1942 – Müttəfiq qoşunların Madaqaskara hərbi müdaxiləsi başlayıb.

1945 – Hollandiyada Alman qoşunları kapitulyasiya edilib.

1945 – Çex vətənpərvərləri tərəfindən təşkil edilən Praqa üsyanının başlanyıb.

1946 – Fransızlar referendumda yeni konstitusiya layihəsinin əleyhinə səs veriblər.

1947 – Belçika, İngiltərə, Danimarka, Fransa, Hollandiya, İrlandiya, İsveç, İtaliya, Lüksemburq və Norveç Avropa Şurasınını yaradıblar.

1949 – Londonda 10 dövlətin nümayəndələri Avropa Şurasının Xartiyasını imzalayıblar.

1951 – Böyük Britaniyada “Nimrod” oyun kompüteri təqdim edilib.

1954 – Paraqvayda Alfredo Stroessner hərbi çevriliş ilə hakimiyyətə gəlib.

1955 – Qərbi Almaniya tam suverenlik əldə edib.

1956 – Tokioda cüdo üzrə ilk dünya çempionatı başlayıb.

1960 – Sovet İttifaqı ABŞ-ın uzun müddət itmiş kəşfiyyat təyyarəsi U-2-ni vurduğunu elan edib. Soyuq müharibəni daha da şiddətləndirən bu hadisə U-2 böhranı adlandırılıb.

1961 – Göyərtəsində kosmonavt Alan Şepard olan “Merkuri” kosmik gəmisi (MP-3) ilk Amerika suborbital uçuşunu həyata keçirib.

1972 – Palermo (Siciliya) yaxınlığında DC-8 təyyarəsinin qəzaya uğraması nəticəsində 115 nəfər həlak olub.

1975 – İlk 300 at gücünə malik K-701 traktorları Leninqrad "Kirov Zavodu" İstehsalat Birliyinin montaj xəttindən çıxıb.

1987 – ABŞ Konqresi İranqeyt qalmaqalı ilə bağlı dinləmələrə başlayıb.

1988 – Everest zirvəsindən ilk televiziya yayımı baş tutub.

1993 – Müstəqil Qırğızıstanın ilk Konstitusiyası qəbul edilib.

1994 – Türk atlet Naim Süleymanoğlu Çexiyada keçirilən Avropa Ağır Atletika Çempionatında 64 kq çəkidə dünya rekordu qıraraq üç qızıl medal qazanıb.

1999 – Makedoniya öz sərhədlərini Kosovodan olan alban qaçqınlar üçün bağlayıb.

1999 – Britaniya tarixində ilk dəfə Şotlandiya parlamentinə seçkilər keçirilib.

2004 – Tayvan Parlamenti bütün rəsmi sənədlərin soldan sağa yazılmasını tələb edən yeni yazı qanunu qəbul edib.

2005 – Konqoda An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Təyyarənin göyərtəsində onlardan biri sağ qalıb.

2007 – Keniyanın paytaxtı Nayrobiyə getmək üçün Kamerunun Duala şəhərindəki Douala Beynəlxalq Hava Limanından qalxan Keniya Hava Yollarına məxsus Boeing 737-800 tipli sərnişin təyyarəsi qəzaya uğraıyb: 115 nəfər ölüb.

2019 – Şeremetyevoda (Rusiya) SSJ 100 təyyarəsinin qəzaya uğraması nəticəsində 41 nəfər ölüb.


Bayramlar və xüsusi günlər

  • Azərbaycanda Xalçaçıların peşə bayramı günü.
  • Beynəlxalq Əlillərin Hüquqları Günü.
  • Beynəlxalq Mamaça Günü.
  • Avstriyada Zorakılıq və irqçiliklə mübarizə günü.
  • Belarusiyada Mətbuat Günü.
  • Danimarkada Qurtuluş Günü.
  • Qırğızıstanda Konstitusiya Günü.
  • Hollandiyada Qurtuluş Günü.
  • Palauda Ahıllar Günü.
  • Efiopiyada Azadlıq Günü.
  • Yaponiya və Koreya Respublikasında Uşaqların Müdafiəsi Günü.

Doğumlar

1599 – Oliver Kromvel, İngiltərə İnqilabının lideri, 1653-cü ildən İngiltərə, Şotlandiya və İrlandiyanın lord-protektoru (ö. 1658).

1811 – Con Draper, amerikalı filosof, tarixçi, kimyaçı və fotoqraf. Ayın fotoşəklini ilk dəfə o çəkdib (ö. 1882).

1818 – Karl Marks, alman filosofu, iqtisadçısı, sosioloqu və siyasətçisi, kommunizm nəzəriyyəsinin banisi (ö. 1883).

1822 – Nikolay İlminski, rus missioner müəllimi, şərqşünas, bibliyaşünas, tatar, qazax və başqa dillərdə dərsliklərin müəllifi (ö. 1892).

1869 – Boris Rosing, rus və sovet fiziki, ixtiraçı, 1911-ci ildə katod-şüa borusu sistemindən istifadə edərək dünyada ilk teleyayımı həyata keçirib (ö. 1933).

1884 – Karl Osbern, amerikalı tüfəng atıcısı, 5 qat Olimpiya çempionu (1912, 1920) (ö. 1966).

1887 – Geoffrey Fisher, 99-cu Kenterberi arxiyepiskopu (1945-1961) (ö. 1972).

1892 – Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə), Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934), professor (1933) (ö. 1937).

1908 – Qəmər Salamzadə, Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist (ö. 1994).

1908 – Murtuza Nağıyev, Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959-1961-cı illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965-1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru (ö. 1975).

1920 – Əbdül Xalıq, Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973) (ö. 1988).

1921 – Artur Leonard Şavlov, amerikalı fizik, Nobel mükafatı laureatı (1981) (ö. 1999).

1923 – Mixail Yeqorov, Sovet kəşfiyyatçısı, Qırmızı Ordunun çavuşu, 1945-ci ildə Meliton Kantariya ilə birlikdə Reyxstaqın damında Qələbə bayrağını qaldıran əsgər (ö. 1975).

1929 – İbrahim Yusupov, qaraqalpaq şairi, tərcüməçi, dramaturq, Özbəkistanın xalq şairi (ö. 2008).

1941 – Aleksandr Raqulin, sovet xokkeyçisi, üçqat Olimpiya çempionu, dəfələrlə dünya çempionu (ö. 2004).

1950 – Ququş (Faiqə Atəşin), İranın məşhur müğənnisi və aktrisası.

1959 – Cengiz Kurtoğlu, türk musiqiçisi, pianoçu və müğənnisi.

1966 – Lyubov Yeqorova, sovet və rus xizəkçisi, 6 qat Olimpiya çempionu, üçqat dünya çempionu.

1970 – Qasım Rzayev, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi (ö. 1992).

1988 – Adele (Adele Laurie Blue Adkins), ingilis müğənni-bəstəkar, 15 Grammy mükafatının qalibi.

1999 – Natan Çen, amerikalı tək konkisürən, Olimpiya çempionu (2022), üçqat dünya çempionu.