Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin icraçı direktoru Konrad Szorqdan
Məktublar

Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin icraçı direktoru Konrad Szorqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizə ailəniz və yaxınlarınızla birlikdə uzun ömür, cansağlığı və xoşbəxtlik diləyirəm. Azərbaycanı nüfuzlu, inkişaf edən, müasir və gözəl ölkəyə çevirən ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Bakıya hər səfərimdə bu şəhərdə baş verən inkişafa heyran oluram.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm.

Qarşılıqlı etimad əsasında uğurlu əməkdaşlıqla nəticələnən xarici səfərləriniz zamanı ölkənizin əsl dostu kimi Sizinlə və nümayəndə heyətinizlə işləməkdən həmişə məmnunluq duyuram və Sizinlə gələcəkdə də işbirliyinə ümidvaram.

Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı və səmimi hörmətimi bir daha bildirim.

Ən xoş arzularla,

Konrad SZORQ,

Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin icraçı direktoru.