Rusiyanın Primorsk vilayəti Azərbaycan Diasporu “Dostluq” İctimai Təşkilatının sədri Ramiz Zeynalovdan
Məktublar

Rusiyanın Primorsk vilayəti Azərbaycan Diasporu “Dostluq” İctimai Təşkilatının sədri Ramiz Zeynalovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Primorsk vilayəti Azərbaycan Diasporu “Dostluq” İctimai Təşkilatının adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.

Siz bütün dünyada görkəmli siyasətçi və diplomat, müdrik və uzaqgörən dövlət xadimi, Vətənini sevən şəxsiyyət kimi tanınırsınız. Sizin ali dövləti vəzifədə müstəqil Azərbaycanın daha da inkişafı məqsədini daşıyan məhsuldar fəaliyyətiniz böyük rəğbətlə qarşılanır. Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs ölkənin regionda və beynəlxalq arenada nüfuzunun, rolunun durmadan artmasına yönəlib. Konfessiyalararası münasibətlərin möhkəmləndirilməsi işində böyük xidmətləriniz və səylərinizə görə Sizə minnətdarıq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, güc-qüvvət, ailə səadəti, Azərbaycanın daha parlaq gələcəyi ilə bağlı planlarınızın və ideyalarınızın həyata keçməsini arzulayırıq.

Hörmətlə,

Ramiz ZEYNALOV,

Rusiyanın Primorsk vilayəti Azərbaycan Diasporu

“Dostluq” İctimai Təşkilatının sədri.