“Anadolu Agentliyi”: Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır
Siyasət

“Anadolu Agentliyi”: Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır

Türkiyənin məşhur “Anadolu Agentliyi” Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı barədə məlumat yayımlayıb. Məlumatda 2024-cü ilin region üçün sülh ili ola biləcəyi qeyd olunub. Bununla yanaşı, Almaniyanın hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləməyə hazır olduğu vurğulanıb: "Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm". Kansler bəyan edib ki, Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.

Nəzrin ELDARQIZI,

“Respublika”.