Siyasi iradənin yaratdığı yeni reallıqlar
Siyasət

Siyasi iradənin yaratdığı yeni reallıqlar

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik işğaldan sonra ötən il, sentyabrın 21- Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb: "Avqustun 25- Laçın şəhəri iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğrudan da həm çox emosional bir gün idi, həm qürurverici bir gün idi. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, danışıqların işğal dövründə belə uzun davam etməsi, yəni uğursuzluqla nəticələnməsi məhz Laçına Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın Kəlbəcər əbədi onların əlində qalsın.

Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux Sus kəndləri nəzarətə götürüldü. 10 noyabr tarixli atəşkəs razılaşmasına əsasən, Ermənistanın Bakıya təhvil verməli olduğu, dağlıq bölgədə yerləşən Laçın bufer zonanı təşkil edən rayonlardan biri idi. Döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan razılaşmaya əsasən, Ermənistanın təhvil verməli olduğu 3- rayon Laçın idi.

Xatırladaq ki, Ermənistanın Azərbaycana noyabrın 20- təhvil verdiyi Ağdam 25- qaytardığı Kəlbəcər rayonları kimi, dekabrın 1- qaytarılan Laçın da 1994- ildə başa çatmış Birinci Qarabağ müharibəsindən sonra özünü "müstəqil" elan etmiş, əsasən ermənilərin yaşadığı keçmiş Dağlıq Qarabağın ətrafında bufer zona təşkil edirdi. Eyni rola malik olan digər 4 rayonu Azərbaycan Ordusu sentyabrın sonlarından başlayaraq 6 həftə davam etmiş şiddətli döyüşlər nəticəsində azad edib.

Ermənistanın şərq sərhədi boyunca uzanan Laçın rayonu daha çox eyniadlı dəhlizi ilə tanınırdı. Rayonu tərk edən ermənilərə gəlincə, onlar gedərkən buradakı evləri dağıdıb, infrastrukturu məhv ediblər. Ayrı-ayrı yerlərdə ağacları belə kəsərək odun şəklində özlərilə aparıblar. Razılaşmaya əsasən, bölgəyə təxminən 2 minlik Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Onu da qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı, 1994- ildə köç əks istiqamətdə idi. O vaxt azərbaycanlılar rayonu tərk etmiş burada ermənilər məşkunlaşdırılmışdı.

Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri məhz Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs gətirilməsi idi. Cünki vaxtilə qətliamlar, etnik təmizləmə törədən ermənilər keçmiş Dağlıq Qarabağ ətraf rayonlarda azərbaycanlıların yaşamasını istəmirdilər. Özlərinə neytral bufer zonası yaratmışdılar. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi əminlik yaradırdı ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək. İndi artıq belə bir zona yoxdur.

Bu il martın 30-da yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar rayonun Cağazur Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas yardımçı yollar, eləcə sərhədboyu geniş sahələr ordumuz tərəfindən nəzarətə götürüldü. Ermənistan hökuməti "Laçın dəhlizi" ətrafında yaranan problemi gündəmə gətirirdi. İrəvanda düşünürdülər ki, Azərbaycan yaxın vaxtlarda ya onu bağlayacaq, ya da orada nəzarət-buraxılış məntəqəsi quracaq. Laçın şəhəri, Zabux qəsəbəsi Sus kəndinin Azərbaycanın nəzarətinə keçməsindən sonra Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin marşrutunun dəyişməsi, nəticə etibarilə onun dəhliz mahiyyətini itirmişdi.

Azərbaycanın qarşısında hərbi güc baxımından çox zəif olsa da Ermənistan hələ barışıq əldə olunması üçün rəsmi Bakının təşəbbüslərinə adekvat cavab vermir, əksinə, vəziyyətin daha da gərginləşməsinə xidmət edən addımlar atırdı. 44 günlük Vətən müharibəsindən sonra Qarabağın hazırda Rusiya sülhməramlılarının  müvəqqəti nəzarətində olan ərazilərində əməliyyatlar keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü, terrorçulara qarşı antiterror əməliyyatları aparıldı. Bu, olduqca vacib addım idi. Bununla Ermənistan tərəfinin 31 il davam edən maneəsiz gediş-gəlişinə, silah-sursat daşınmasına, terrorçuların sərbəst hərəkətinə s. kimi məsələlərə son qoyuldu.

Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə silah sursat daşınması bir daha təsdiq edirdi ki, sərhəd-nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi iqtisadi rayonlarından biridir. Bu baxımdan Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır. Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Bu baxımdan hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədə Azərbaycan Dövlət Gömrük Komitəsinin gömrük postlarının qurulması labüddür. Beynəlxalq hüquq da Azərbaycanın bütün suveren ərazisində gömrük nəzarətinin təşkilini dəstəkləyir. Təcavüz aktları təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, ermənilərin sülh gündəliyi ilə bağlı fikirlərinin riyakarlıqdan başqa bir şey olmadığını nümayiş etdirirdi. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd-nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edirdi. Sərhəd- nəzarət-buraxılış məntəqələrinin yaradılması birbaşa bölgədə sülh stabilliyin əldə edilməsi baxımından vacibdir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən aprelin 23- ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi qurulub. Azərbaycan Vətən müharibəsindən sonra ərazi bütövlüyünün suverenliyinin təmini üçün lazım olan işləri ardıcıllıqla, nizamla, beynəlxalq yerli qanunlara, habelə 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirir. Sərhəd-nəzarət-keçid məntəqəsinin qurulması da bu işlərdən biridir. Üçtərəfli Bəyanata əsasən "Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir".

Mayın 14- Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün yekun nəticələrinə görə, liderlər 1991-ci il Alma-Atı Bəyannaməsinə, Ermənistanın Azərbaycanın müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq.

Mustafa KAMAL,

"Respublika".