ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 435 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC