Arayik Harutyunyan və digər canilərin həbs edilməsi Azərbaycanın qələbəsi, beynəlxalq hüququn tələbidir
Digər xəbərlər

Arayik Harutyunyan və digər canilərin həbs edilməsi Azərbaycanın qələbəsi, beynəlxalq hüququn tələbidir

Azərbaycan ordusunun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıqlarla qazanılan parlaq qələbə beynəlxalq hüququn və tarixi ədalətin bərpası oldu. Sentyabrın 19-da Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə qarşı başlanan və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərlə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Haqq-ədalət bir daha zəfər çaldı və separatçı rejim özünü buraxdı... erməni terrorçuları... Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri həbs edildilər.

Quldur rejimin keçmiş başçısı‚ terrorist Arayik Harutyunyan və digərləri Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren ərazilərində hərbi birləşmə‚ terror ocaqları‚ təxribat‚ kəşfiyyat və diversiya qrupları yaratması‚ mina terroru və bir çox ağır cinayət əməlləri törətmişlər. Arayik Harutyunyan və digər separatçılar və terroristlər yerli və beynəlxalq qanunlara uyğun mühakimə edilərək ən ağır şəkildə cəzalarını alacaqdır.

Cənab Prezident İlham Əliyevin uğurlu‚ prinsipial‚ uzaqgörən siyasəti nəticəsində regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri düşmən üzərində son 200 ilin parlaq qələbəsini qazanaraq şanlı tarix yazdı.

Artıq bütün Xocalı cəlladları‚ əsgərlərimizin‚ xalqımızın və günahsız dinc sakinlərimizin qanını axıdanlar həbs edilərək məsuliyyətə cəlb olunurlar. Xocalı hadisələrində və xüsusən 2020-ci ilin Vətən müharibəsində Gəncə‚ Bərdə və bir çox bölgələrimizdə mülki insanların yaşadığı ərazilərin bombalanması‚ Azərbaycan ərazilərinin minalanması nəticəsində çox sayda hərbçimizin‚ mülki vətəndaşlarımızın‚ ərazilərimizdə xidmət aparan polis əməkdaşlarının həlak olmasında fəal iştirak edən Arayik Harutyunyanın və digər Xocalı canilərinin həbs edilməsi müstəqillik tariximizə qızıl hərflərlə yazılacaq hadisələrdir.

Bununla da bütün mənfur düşmən qüvvələrin‚ ermənilərin bütün havadarlarının məkrli planları alt-üst oldu və iflasa uğradı. Fransa və bir çox ermənipərəst avantürist qüvvələrin forpostu olan quldur və xunta rejimin rəhbərlərinin və xüsusən‚ hərbi cinayətkar və terrorist Arayik Harutyunyanın DTX əməkdaşları tərəfindən yaxalanması Azərbaycanın düşmən üzərində qələbəsinin kulminasiya nöqtəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti‚ qətiyyətli mövqeyi‚ Azərbaycan dövlətinin qüdrəti‚ milli ordumuzun qəhrəmanlığı‚ təhlükəsizlik və kəşfiyyat orqanlarının çevikliyi bütün mənfur düşmənlərin məkrli siyasətini bundan sonra da alt-üst edəcək. Artıq Azərbaycana qarşı məkrli planlar quran avantürist qüvvələr anlamalıdırlar ki‚ bölgənin aparıcı ölkəsi Azərbaycandır. Onlar Azərbaycana qarşı forpost yaratmaq siyasətindən birdəfəlik əl çəkməlidirlər. Fransanın‚ ermənilərin oyuncağı olmuş Avropa Parlamentinin və digər ermənipərəst qüvvələrin anti-Azərbaycan siyasəti heç bir nəticə verə bilməz. Parisin‚ Avropa Parlamentinin və digər ermənipərəst mərkəzlərin bütün məkrli planları hər zaman iflasa uğrayacaq.

Dr. Mirsamir MƏMMƏDOV,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin direktoru.