Avqustun 13-də COVİD-19 əleyhinə 63 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Avqustun 13-də COVİD-19 əleyhinə 63 min dozadan çox peyvənd vurulub

Avqustun 13-də Azərbaycanda 63 min 547 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 960 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 671 min 138, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 332 min 17, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 339 min 121 nəfər təşkil edir.

AZƏRTAC