Avqustun 17-də Azərbaycanda 71 min 732 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub
Səhiyyə

Avqustun 17-də Azərbaycanda 71 min 732 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub

Dünən COVİD-19 əleyhinə 71 min dozadan çox peyvənd vurulub Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 min 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 70 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 866 min 215, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 473 min 806, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 392 min 409 nəfər təşkil edir.

AZƏRTAC