Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb
İdman

Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat 

turnirinə qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından "Respublika"ya verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.

Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kiloqram) də rinqə çıxacaq.