Azərbaycanın FIFA hakimləri “Bavariya”nın oyununa təyinat alıblar
İdman

Azərbaycanın FIFA hakimləri “Bavariya”nın oyununa təyinat alıblar

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

"Respublika" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının A qrupunda Almaniyada “Bavariya” və Danimarka “Kopenhagen”i arasında keçiriləcək oyunun baş hakimi olacaq.

E. Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mikael Baxer (Almaniya) yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.