Azərbaycan Premyer Liqası: Bu gün XII turun daha iki oyunu keçiriləcək
İdman

Azərbaycan Premyer Liqası: Bu gün XII turun daha iki oyunu keçiriləcək

Noyabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu keçiriləcək.

"Respublika" xəbər verir ki, əvvəlcə son çempion “Qarabağ” komandası “Kəpəz”i qəbul edəcək.

Ağdam klubu 20 xalla üçüncü, Gəncə təmsilçisi isə 6 xalla sonuncudur.

Günün digər matçında isə “Araz-Naxçıvan” klubu “Sumqayıt”ın qonağı olacaq. “Gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qərarlaşıb.