Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Brüsseldə Avropa Korroziya Federasiyası tərəfindən təşkil olunmuş “EUROCORR-2023” konqresində iştirak ediblər.
"Respublika" xəbər verir ki, İnstitutdan verilən məlumata görə, konqresdə Elmi-texniki informasiya şöbəsinin müdiri texnika elmlər doktoru, professor Leylufər Əliyeva və Korroziya inhibitorları və konservasiya materialları laboratoriyasının baş elmi işçisi texnika elmlər doktoru, dosent Nərminə Abdullayeva mövzuya dair təqdimatla çıxış ediblər.
Təqdimat konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.