Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir
Region

Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda regionlarda tədbir keçirilib.

Şamaxı rayonunda mövzu ilə bağlı baş tutan tədbirdə şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirlərdə əvvəlcə dövlət himni səsləndirilib,Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əzəmətini və xalqımızın vətənpərvər ruhunu əks etdirən videoçarx nümayiş olunub.

Çıxışında rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov bildirdilər ki, Azərbaycanda milli ordunun quruculuğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan ordusu regionun və dünyanın ən güclü ordularından biridir. Bütün sahələrində olduğu kimi ordu sahəsində aparılan islahatlar ordumuzun güclənməsi və inkişafını təmin etmişdir. Çıxış edənlər silahlı qüvvələr mənsublarını qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara bu şərəfli işdə uğurlar və yeni qələbələr arzulayıblar.

 M.NƏRİMANOĞLU,

“Respublika”.