Azərbaycan Ordusunun hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb
Digər xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə meyitə baxış keçirib, üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Ülvi QARAYEV,

Respublika”.