Azərbaycan-Qazaxıstan münasibətlərinin təşəkkülünə dəyərli töhfə
Siyasət

Azərbaycan-Qazaxıstan münasibətlərinin təşəkkülünə dəyərli töhfə

Türk xalqı tarix boyu bəşəriyyətə öndərlər, liderlər, görkəmli şəxsiyyətlər bəxş etmişdir. Məhz ulu öndər Heydər Əliyev Azərbaycanın yetişdirdiyi dahi lider olaraq ehtiramla anılır. Ümummilli liderin şöhrəti bir xalq, bir ölkə, bir qitə ilə məhdudlaşmayıb, bütün dünyanı əhatə etmişdir. Heydər Əliyev 34 illik siyasi fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafına səy göstərmiş, müstəqilliyinin möhkəmləndirilməsinə, dünya birliyində layiqli yer tutmasına mühüm töhfələr vermişdir. Ulu öndər müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusudur.

Türk Dünyası ilə əlaqələrin qurulmasında atılan uzaqgörən addımlar bu gün öz nəticələrini verir. Ulu öndər Heydər Əliyevi bütün türk dünyası öz doğma oğlu hesab edir. Zaman keçdikcə dahi liderə olan hörmət ehtiram daha da artır. Bu səbəbdən ümummilli lider yalnız Azərbaycanın deyil, həm türk dünyasının əvəzolunmaz şəxsiyyətidir.

Xüsusi vurğulamaq lazımdır ki, Orta Asiyada Azərbaycanın ən yaxın müttəfiqi strateji tərəfdaşlarından biri Qazaxıstan Respublikasıdır. Bu iki ölkə Avrasiyada həm coğrafi, həm təbii ehtiyatlar baxımından mühüm önəm daşıyır. Bununla yanaşı, Azərbaycan Qazaxıstan Xəzər dənizinin hüquqi statusu, enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi dünya bazarlarına çıxarılması məsələsində eyni mövqedən çıxış edirlər. 1991-2005-ci illərdə iki ölkə arasındakı əlaqələr ictimai, siyasi, iqtisadi, mədəni beynəlxalq əməkdaşlığa əsaslanmış ikili münasibətlər sağlam təməllər üzərində qurulmuşdur. Qeyd edək ki, həmin dövr ərzində Azərbaycan Qazaxıstan arasında 83 sənəd imzalanmışdır. Bu müqavilələr əsasında iki ölkə arasında geniş hüquqi-normativ baza yaradılmışdır.

Qeyd edilən müddət ərzində öz tarixi önəmi ilə diqqətçəkən hadisə heç şübhəsiz, 9-10 iyun 1998-ci il tarixlərində Heydər Əliyevin Qazaxıstanın yeni paytaxtı Astana şəhərində türkdilli dövlət başçılarının V Zirvə toplantısında iştirak etməsidir. Mərasimdə ulu öndər demişdir: "Qazax xalqının ən xoşbəxt dövrü onun öz dövlət müstəqilliyini əldə etdiyi, milli azadlıq qazandığı öz problemlərini özünün həll etmək, öz müqəddəratını özünün müəyyənləşdirmək imkanı tapdığı dövrdür. Elə bugünkü tarixi hadisə - Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin əsasının qoyulması hadisəsi qazax xalqının, Qazaxıstanın dövlət müstəqilliyinin Milli azadlığının nəticəsidir". Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həmin dövrdə müasir standartlara cavab verən şəhəri ərsəyə gətirməsi Astananın təkcə Qazaxıstanın yox, türk dünyasının da fəxr yeri olması olduqca mürəkkəb hesab edilən dövrdə təqdirəlayiq hadisə idi. Ulu öndər çıxışında Nursultan Nazarbayevi təbrik edərək qazax xalqının sevincini bölüşmüşdür. Türkdilli dövlət başçılarının V Zirvə toplantısı zamanı da Heydər Əliyev türk xalqlarının birliyindən bəhs etmiş bir sıra layihələr üzrə atılan addımlardan söhbət açmışdır: "Türkdilli dövlətlərin başçılarının zirvə görüşü yaxşı ənənəyə çevrilmişdir bu ənənə bizə problemlərimizi birlikdə, qardaşlıq şəraitində müzakirə etməyə, məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi aparmağa, gələcək üçün planlar müəyyənləşdirməyə imkan verir".

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında əlaqələrin inkişafında 1994- il oktyabrın 19-da türk dövlətləri başçılarının II Zirvə toplantısı mühüm rol oynadı. Zirvə toplantısında Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Özbəkistan Prezidenti İslam Kərimov, Türkmənistan Prezidenti Saparmurad Niyazov Qırğızıstan Prezidenti Əsgər Akayev bəyannamə imzaladılar. İstanbul bəyannaməsini imzalamaqla türkdilli dövlət başçıları iqtisadi əməkdaşlığı, mədəni əlaqələri daha da inkişaf etdirmək yolunda mühüm addım atdılar. Burada Prezident Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü oldu. Dövlət başçılarının növbəti görüşü 1995-ci il fevralın 9-da Almatıda keçirilən MDB ölkələri dövlət başçılarının zirvə toplantısında reallaşdı. Həmin il dövlət başçıları faşizm üzərində qələbənin 50 illik yubiley tədbirində yenidən görüşdülər. Növbəti dəfə, 1995-ci il oktyabrın 25- BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Prezidentlər Heydər Əliyev Nursultan Nazarbayev qarşılıqlı maraq doğuran məsələləri Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək inkişafını müzakirə etdilər.

1996- il mayın 14- İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısında Heydər Əliyev Nursultan Nazarbayev yenidən görüşdülər bu zaman ulu öndər Qazaxıstan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. 1996- il sentyabrın 16-da baş tutan səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər imzalandı.

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi iqtisadi sahədə münasibətlər uğurla inkişaf etməkdədir. Müasir dövrümüzdə ikitərəfli əlaqələrdə Heydər Əliyev ideyalarının rolu danılmazdır. Ulu öndər Heydər Əliyevin türk xalqının böyük oğlu kimi əziz xatirəsi Qazaxıstanda da ehtiramla anılır. Buna əsas kimi Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsini göstərmək olar. Astana şəhərində Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi zamanı Prezident Kasım-Jomart Tokayev demişdir: "Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün irsimizin ortaq olmasını vurğulayırdı".

Bununla yanaşı, yaxın tarixdə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Türk Akademiyası Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev Türk Dünyası" adlı beynəlxalq konfrans da keçirildi. Konfransda çıxış edən Qazaxıstan Respublikasının informasiya sosial inkişaf naziri Darhan Kıdırali bildirdi ki, Qazaxıstanla Azərbaycan arasındakı tarixi mədəni əlaqələrin inkişafının təməlini Heydər Əliyev qoymuşdur. Nazir çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri zamanı Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmağa başladığını il ərzində Qazaxıstanda bir çox tədbirlərin keçiriləcəyini diqqətə çatdırmışdır.

Nurlan ABDALOV,

"Respublika".