Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790; 2023, № 1, maddə 105, № 3, maddə 391; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 3974 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bəndin səkkizinci abzasının beşinci cümləsində “20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması” sözləri “30 faizi, o cümlədən xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi” sözləri ilə əvəz edilsin.

2. “4. 2022‒2026-cı illərdə əsas hədəf indikatorlar” hissəsindəki cədvəlin “2026” sütununun on beşinci abzasında “20,0” rəqəmləri “30,0” rəqəmləri ilə əvəz edilsin.

3. “7. Tədbirlər Planı” hissəsinin 1.2.3-cü yarımbəndinin 5-ci abzasının “Yekun nəticələr” sütununda “20” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 avqust 2023-cü il.