Azərbaycan səbir, təmkin göstərsə də, təhdidlər davam edir
Digər xəbərlər

Azərbaycan səbir, təmkin göstərsə də, təhdidlər davam edir

Vətən müharibəsində Qarabağı 30 illik işğaldan azad etməklə öz sözünü deyən Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Regional əlaqələrin dərinləşməsini, qonşu ölkələrlə münasibətlərin inkişafını, xalqların birgəyaşayışını həyata keçirdiyi siyasətin əsas istiqaməti olaraq müəyyənləşdirən ölkəmiz düşməninə belə sülh təklif etdi. Bölgədə əmin-amanlığın, təhlükəsizliyin bərqərar olması, müharibələrə, münaqişələrə son qoyulması bunun fonunda irimiqyaslı regional layihələrin reallaşması naminə sülhə nail olmağa çalışan Azərbaycan əzəli düşməni olan Ermənistanla münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atır. Sülhə, təhlükəsizliyə töhfə verən dövlətimiz beynəlxalq vasitəçilərin təşkilatçılığı ilə dəfələrlə Brüsseldə, Soçidə təşkil olunan üçtərəfli dördtərəfli görüşlərdə iştirak edərək düşmən ölkə ilə müharibə səhifəsini bağlamaq, qonşuluq əlaqələrini bərpa etmək üçün bütün mümkün vasitələri sınayır. Lakin riyakar, ikiüzlü siyasət yürüdən, işi ilə əməli uyğun olmayan Ermənistan isə 3 ildir ki, təxribatlarından, alçaq siyasətindən əl çəkmir.

Ərazi bütövlüyünü bərpa etdikdən sonra mənfur qonşusu ilə sülh müqaviləsinin imzalanmasını reallaşdırmaq istəyən Azərbaycanın yeni düşmənləri üzə çıxdı. İllərdir ölkəmizə qarşı gizli şəkildə düşmənçilik siyasəti həyata keçirən, düşmənimizlə dost olan İran İslam Respublikası dövlətimizə əks mövqedə dayandığını, Ermənistanla birləşdiyini açıq-aşkar bəyan etdi. Hətta Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətt"i elan etmək, ölkəmizin sərhədində hərbi təlimlər keçirmək, hava məkanımızın sərhədlərini pozmaqla Azərbaycanı hədələdi. Dövlətimizin hər zaman dost ölkə kimi qəbul etdiyi İran əsl düşmənə çevrildi. Son vaxtlar cənub qonşumuzun törətdiyi təxribat əməlləri, terror hadisələri, əsassız ittihamlar bu ölkənin düşmənçilik siyasətinin tarixinin qədim olduğunu göstərir. Yəni İranın Azərbaycana olan düşmən münasibəti dünən, bu gün formalaşmayıb. Bu münasibət yüzilliklərə söykənir. Sadəcə ikiüzlü, yalançı İran bu alçaq xislətini illər imiş ki, örtülü saxlayırmış.

İkinci Qarabağ müharibəsində ölkəmizin möhtəşəm qələbəsindən sonra İranın kürkünə birə düşdü. Qardaş Türkiyə ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsindən, dostluq qarşılıqlı etimada əsaslanan İsrail-Azərbaycan əlaqələrinin möhkəmlənməsindən, Zəngəzur dəhlizinin açılması ilə Qara dənizə çıxışını itirməkdən sözün əsl mənasında, qorxuya düşən İran ölkəmizə qarşı bəslədiyi düşmən münasibətini əməli ilə ifadə edir, illər boyu etiraf etmədiyi düşmənçiliyini büruzə verir. Kin-küdurət, nifrət o yerə çatdı ki, İran hökuməti ölkəsində fəaliyyət göstərən diplomatik nümayəndəliyə belə hücumların təşkil olunmasından çəkinmədi. Din pərdəsi altında fəaliyyət göstərən siyasi qruplaşmalarını ölkəmizə göndərərək ölkə daxilində sabitliyi pozmağa, insidentlər yaratmağa cəhd etdi müəyyən mənada buna nail ola bildi. Belə ki, paytaxtın Xətai rayonunda yerləşən hipermarketdə soyğunçuluq zəminində silahlı atışma, millət vəkilinin evi önündə güllələnməsi bu kimi hadisələrdə İranın əlinin olduğu şübhəsizdir.

Azərbaycan hər zaman İranla qarşılıqlı etimada əsaslanan əməkdaşlıqda maraqlı olub. Hələ 2006- ildə Prezident İlham Əliyevin Vaşinqtona rəsmi səfərində Azərbaycandan istifadə etməklə İrana güc tətbiq olunması məsələsi müzakirə ediləndə dövlət başçımızın buna icazə verməməsi, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin təşəbbüsü ilə yaradılan "3+3" platformasında İranın da təmsil olunması bunun bariz nümunəsidir. Lakin bunun əksinə olaraq Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları gözü götürməyən cənub qonşumuz ölkəmizə qarşı düşmənçiliyini hər addımda nümayiş etdirir. Bütün bunlara Azərbaycan təmkin səbir nümayiş etdirsə , İran əsassız iddialarla çıxış edir müstəqil dövlətimizin əleyhinə təhdidlər söyləyir.

"İslam" ölkəsi təhdidlərinə ilk olaraq sərhədlərimizdə hərbi təlimlər keçirməklə başladı. Bunun davamı olaraq yanvarın 27- beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə Tehranda Azərbaycan səfirliyinə hücum həyata keçirildi. Azərbaycana İsrail dövlətindən uzaq durmaq "tövsiyə" olundu. Ölkəmizdə geniş casus şəbəkəsi yaradaraq Ermənistanın xüsusi xidmət orqanlarına məlumatlar ötürməsi, tarixin bütün mərhələlərində ərazilərimizə xor baxan düşmən ölkəni silah-sursatla, hətta döyüşçü ilə təmin etməsi, ölkəmizin hava məkanında "özünü göstərməsi", hərbi təyyarəsinin Azərbaycan-İran sərhədi boyunca dövrə vurması da bu rejimin ölkəmizə bəslədiyi qatı düşmənçilik siyasətinin təzahürləridir.

Uzun illərdir ABŞ-ın sanksiyaları altında olan İran Azərbaycanın İsraillə olan əlaqələrinin ona qarşı yönəldiyini deyir, Bakını Təl-Əvivlə münasibətlərə görə ittiham edir. Lakin İranın sərsəm ittihamları, Azərbaycanın gözünü qorxutmaq məqsədli təhdidləri boş cəfəngiyyatdır. İran birmənalı şəkildə anlamalıdır ki, onun Azərbaycanın daxili işlərinə qarışmağa, kiminlə dostluq, kiminlə düşmənçilik edəcəyini müəyyənləşdirməyə ixtiyarı yoxdur. Müstəqil siyasət yürüdən Azərbaycanın istədiyi dövlətlə hərbi, siyasi, iqtisadi, mədəni əlaqələr qurmaq imkanları səlahiyyətləri var düşünülmüş xarici siyasətində bunu uğurla həyata keçirir. Ölkəmizin tarixində ilk dəfə olaraq İranın diplomatik nümayəndələrinin arzuolunmaz şəxs qismində ölkəsinə geri göndərilməsi buna əyani sübutdur.

Qaldı ki, təhdidlərə, hədə-qorxulara bu da İranın gücü yetəcəyi məsələ deyil. Nəinki İran, heç bir ölkə müstəqil siyasət yürüdən Azərbaycanla təhdid dilində danışa bilməz.

Mehparə ƏLİYEVA,

"Respublika".