Azərbaycanda Ermənistanla sülh müqaviləsinə ictimai münasibət necədir?
Digər xəbərlər

 Azərbaycanda Ermənistanla sülh müqaviləsinə ictimai münasibət necədir?

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib.

AZƏRTAC xəbər verir ki, sorğuda iştirak edənlərin 77,3 faizi Azərbaycan Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirib, 20,6 faiz respondent bu barədə əks mövqedə qərarlaşıb, 2,1 faiz isə fikir bildirməkdə çətinlik çəkib.

Nəticələrə əsasən, respondentlərin mütləq əksəriyyəti ya 85,2 faizi Azərbaycan Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri xəbərləri izlədiyini qeyd edib. Respondentlərin cəmi 14,8 faizi prosesləri izləmədiyini bildirib.

Nəticələrin gender aspektdən təhlili sözügedən mövzuda kişi qadınların bərabər səviyyədə müsbət mövqedən çıxış etdiyini göstərib.

Nəticələri respondentlərin təhsil səviyyələri üzrə təhlil etdikdə ali təhsillilərin 82,7 faizi, orta təhsillilərin 72,2 faizi Azərbaycan Ermənistan arasında sülh müqaviləsini dəstəkləyib. 18-24 yaş qrupunu təmsil edənlərin 76,9 faizi, 65-dən yuxarı yaş qrupuna mənsub olanların 87,3 faizi isə analoji mövqedən çıxış edib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələrinə əsasən, Azərbaycan Ermənistan arasında sülh müqaviləsinə respondentlərin 71,2 faizi ("tam dəstəkləyirəm" - 50.2 faiz, "əsasən dəstəkləyirəm" - 21 faiz) bu ya digər dərəcədə dəstəyini ifadə edib. Respondentlərin cəmi 2,6 faizi əsasən dəstəkləmədiyini, 23,6 faizi heç dəstəkləmədiyini bildirib. İştirakçıların 2,6 faizi bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Həmin ilin dekabr ayında keçirilən sorğuda iştirak edənlərin 73,1 faizi sülh müqaviləsini dəstəklədiyini, 25,6 faizi dəstəkləmədiyini bildirib. 1,3 faizi bu suala fikir bildirməkdə çətinlik çəkib.

Göründüyü kimi, ötən ilin müxtəlif dövrlərində keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh barış mövqeyinə baxmayaraq, Ermənistan postmüharibə mərhələsində ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirərək sülh prosesindən yayınmağa çalışır.

Qeyd edək ki, sorğular 2023- il mayın 14-17- könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95 faiz, xəta payı 5 faizə bərabərdir.