Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar memar” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar memar” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

Axundov Cahangir Rifaətoviç

Hacıyeva Səbinə Xalid qızı

Qasımov Nizami Fikrət oğlu

Qəhrəmanova Şəhla Şex Əli qızı

Məmmədov Kamil Müzəffər oğlu. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 dekabr 2021-ci il