Azərbaycandan növbəti humanizm nümunəsi
Digər xəbərlər

Azərbaycandan növbəti humanizm nümunəsi

Azərbaycan hər zaman humanist dəyərlərə yüksək səviyyədə bağlılığı ilə tanınıb. Kasıb ölkələrə vaxtaşırı ərzaq yardımı edən, pandemiya dövründə göndərdiyi peyvəndlərlə minlərlə insanın həyatını qurtaran, dünyanın istənilən yerində baş verən fövqəladə vəziyyətlərə görə qüvvələrini səfərbər edən ölkəmiz düşmənə qarşı belə insani, bəşəri, humanist mövqe sərgiləyib. Məsələn, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən Vətən müharibəsində Azərbaycan faşizm ənənəsinə sadiq olan Ermənistandan fərqli olaraq, dinc əhalini hədəf seçməyib.

Hazırda Avropada davam edən müharibə fonunda da ölkəmiz savaşdan əziyyət çəkən mülki şəxslərdən yardımını əsirgəmir. Belə ki, iyunun 9-da Azərbaycan Ukraynaya daha bir humanitar yardım partiyası göndərib. Yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir. Eyni zamanda, xilasetmə əməliyyatlarında istifadə olunan texnika gəmilər üçün Ukraynaya 20 ton yanacaq da göndərilib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanın yardımını yüksək qiymətləndirib: "Dost Azərbaycan xalqına çox minnətdarıq. Ukraynaya göstərdiyiniz dəstəyi köməyi növbəti dəfə hiss edirik. Bu yardım bizim üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan tərəfinin ayırdığı 20 ton yanacaq xilasetmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinə təqdim ediləcək. Bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin dərəcədə inkişaf etdiyini bir daha sübut edir. Bu, Ukrayna Azərbaycan xalqlarının səmimi dostluğudur. Azərbaycana eşq olsun!".

Azərbaycan etdiyi yardımlara qarşılıq gözləmir. Həmçinin, humanistliyimiz yardımsevərliyimiz beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Belə ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko da ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib. səfiri sosial şəbəkə hesabında yazıb ki, Azərbaycanın dünyanın hər yerində sülhü təşviq etmək ehtiyacı olanlara təxirəsalınmaz yardımlar göndərmək missiyası Avropada minnətdarlıqla qarşılanır.

Qeyd edək ki, bundan əvvəl aprelin 15- Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara tibbi yardımın göstərilməsi ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib. Dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardım Kişineu hava limanına çatdırılıb.

Ümumilikdə, Azərbaycan bu il fevralın 27- martın 12- Ukraynaya ümumi dəyəri 21,5 milyon manat olan dərman preparatları tibbi vasitələr, eləcə ərzaq qida məhsulları göndərib. İndiyədək Azərbaycan hökuməti ictimaiyyəti Ukraynaya ümumilikdə 520 tonadək humanitar yardım göndərib.

Göndərilən yardımlar Azərbaycanın humanist dəyərlərə sadiqliyini sübut etməklə yanaşı, həm ona işarə edir ki, ölkəmiz Ukraynada müharibədən əziyyət çəkən sadə vətəndaşlara diqqət göstərən azsaylı dövlətlərdən biridir. Hegemon ölkələr silah yardımları aqressiv siyasi ritorikaları ilə savaşı alovlandırdığı halda, Azərbaycan humanitar kömək sülh mesajları ilə müharibəni sonlandırmağa çağırır.

Jalə QASIMZADƏ,

"Respublika".