Azercell-in dəstəyi ilə
Digər xəbərlər

Azercell-in dəstəyi ilə "Uşaq Paralimpiya kuboku" turniri

"Azercell Telekom" MMC-nin dəstəyi, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Respublika Paralimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Uşaq Paralimpiya kuboku" turniri baş tutub.

Turnirdə 5 idman növü üzrə (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, pauerliftinq) 150-dən artıq paralimpiyaçı uşaq iştirak edib. Gənc idmançılar arasında Bakı Sumqayıt şəhərləri ilə yanaşı Naxçıvan, Gəncə, Şirvan, Ağcabədi, Ağdaş, Ağsu Bərdə şəhərlərindən olan uşaqlar da var.

Azercell-in 2014- ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə dəstəyi sayəsində sağlamlıq imkanları məhdud olan uşaq yeniyetmələr kütləvi idman tədbirləri, yerli beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu, uşaqların cəmiyyətə inteqrasiya olunması onların idmana həvəsinin artırılmasında böyük əhəmiyyət kəsb edir.

Ülvi QARAYEV,

"Respublika".