Azercell-in prezidenti Zərinə Zeynalova rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolundan danışıb
Digər xəbərlər

Azercell-in prezidenti Zərinə Zeynalova rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolundan danışıb

"GSMA M360 EURASIA 2023" beynəlxalq konfransının baş sponsoru olan Azercell mobil telekommunikasiya sahəsinin qlobal liderlərini Bakıda qonaq edir

Beynəlxalq GSM Assosiasiyası (GSMA) öz "M360" adlı silsilə tədbirlərinə ölkəmizin paytaxtında start verib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə 16-17 may tarixlərində keçirilən beynəlxalq konfrans region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların rəqəmsal korporasiyaların rəhbərlərini Bakıda bir araya gətirib.

Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf nəqliyyat naziri Rəşad Nəbiyevin, "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalovanın, GSMA-nın baş direktoru Mats Qranridin digər yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfransın "Gələcək inkişaf üçün rəqəmsal davamlılıq" adlı birinci sessiyasında məruzəçilər müasir texnologiyaların cəmiyyətə təsiri innovasiyaların davamlı inkişafda əhəmiyyətindən danışıblar.

"Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova öz çıxışında rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolunu vurğulayıb: "Ölkənin ən böyük telekommunikasiya şirkəti olaraq Azercell rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biridir sürətli texnoloji inkişafın həm gələcək perspektivlərinə, həm onun özü ilə gətirdiyi çağırışlarına dair dərin bilgiyə strateji baxışa malikdir".

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin tərəfdaşlığı Azercell şirkətinin baş sponsorluğu ilə Azərbaycanda təşkil edilən "GSMA M360 EURASIA 2023" beynəlxalq konfransı yeni nəsil şəbəkələr, rəqəmsallaşma, Süni intellekt () rəqəmsal inklüzivliyin artan əhəmiyyəti kimi gündəmdə olan mövzuları əhatə edir. Tədbir çərçivəsində telekommunikasiya sahəsinin tanınmış qlobal regional ekspertləri mobil bağlantı sahəsinin gələcək inkişafını cəmiyyətə dəyər qatması üçün doğru sərmayə yatırımını, eləcə bu kritik infrastrukturun qorunmasının yollarını müzakirə edəcəklər.

Ülvi QARAYEV,

Respublika”.